Wednesday, September 29, 2021

Sonnn by Qaraqan lyrics

Sonnn

Qaraqan

GENRE
Rap
Şəhər boşalıb, daralıb dəqiqələr
Buludlu səmada rəqs edir qarğalar
Günəş əbədi sönüb, yox səhərlər
Dumanlı gecələr, qaranlıq gecələr

Qapısı açıq, boş bütün mənzillər
Qara pəncərədə rəqs edir pərdələr
Donub saatlar, işləmir əqrəblər
Qaranlıq gecələr, əbədi gecələr

Yoxdur bir nəfər canlı bu şəhərdə
Boşdur banklar, boş bütün dükanlar
Maşın yolları, boş bütün sükanlar
Qaranlıq gecələr, əbədi gecələr

Şəhərdə qalmayıb heçkəs, nə qocalar, nə cavanlar
Dünyada qalmayıb heçkəs, küçələrdə boş maşınlar
Yox olub bütün insanlar, yox olub məndən başqa
Səmadan gəlir səslər, gözlərimə dolur yaşlar

Tələsik addımlarla, aşağı doğru pilləkənlərlə
Mən qorxuram, qarışmaq istəyirəm insanlarla
Görüşmək istəyirəm yad piyada gözləriylə
İnsanlar məhv olur axı qalanda tək özləriylə

Boşalıb biznes mərkəzləri, işləmir eskalatorlar
Yoxdur nə polislər, nə siyasətçilər, aratorlar
Yox olub həkimlər və xəstələr yox, boş palatalar
Yaxınlarım, ailəm, dostlarım... onlar hardadırlar?

Gördüyüm təkcə insan - boş vitrinlərdəki əksim
Bəlkə də, bu şəhərdə, bu torpaqda mənəm əskik
Bəlkə də yerim göylər, dizim yerlər, evim dünya
Bəlkə də Allah, Şeytan, Cənnət, Dünya - hamısı röya?!

Seçilmiş çarmıxında qanlı ovuclardan ətir
Mənə Allahı gətir, mənə ağır yüklər gətir
Mənə bir bayraq gətir, sinəmə sancım, olum vətən
Mənim eşitdiyim sonuncu mahnı olsun azan

Allahsız dünyalarda daş tanrılar oldu kağız
Nəyi ki, bağırır qəlb, deyir gözlər, susur ağız
Nəyi ki, gizlədirlər, deməli orda var həqiqət
Mən görmüşəm çirkli bir qapıdan başlayır cənnət

Mən görmüşəm müqəddəs torpaqda üç cavan çarmıx
Yerə sancdığım çomaq qanlı dənizləri ayırır
Boz paltarlı peyğəmbər, gözlərini tutur saçlar
Tanrının hüzuruna çirkli ayaqlarla qaçmaq

Şeytanla üzbəüz sonuncu döyüş meydanında
Nə vaxt ki, ölüm hüceyrələri tapılacaq qanında
Sarılmış doğmalar solanda gültək qucaqlarda
Mənim ruhum uçacaq qarğalarla uzaqlarda

Şəhərdə yoxdur heçkəs, insanlarda yox insanlıq
Gördüyüm şüşə gözlər pıçıldayır: -Puldur tanrı
Həyatı heçə satmaq, kefə qaçmaq maneələrdən
Ölüm anında onlar saat dilənir saniyələrdən

Qaranlıq kvartallarda susur yiyəsiz köpəklər
Səcdəyə getmiş dizlər, dualara açıq biləklər
Qaranlıq kvartallarda dahiliklə dərd qarışır
Sevginin çətirlərinə çırpılır nifrət yağışı

Tanrını qucaqlamaq, qışqırmaq: -Buraxma məni
Və son anında kimsə cıracaq arada pərdələri
Və son baxışda kimsə görəcə Allahın gözlərin
Və son nəfəsdə kimsə qucaqlayacaq dizlərin

Çiynimdə mələklərin qələmlərinin xışıltısı
Mən səni tapa bilmədim, bu da vicdan ağrısı
Sən mənə yol göstərmədin, mən özüm tapıb gəldim
Sən mənim parçalanmış gözlərimdə ilham pərim

Qaranlıq küçələrdə hürür yiyəsiz köpəklər
Qapısı bağlı mənzillərdə can verir ürəklər
Dahilər məhv olur zamanla, sovrulur küləklə
Dahilər məhv olur zamanla, sovrulur küləklə

Həkimlər qoyur diaqnoz, müəllimlər dərs tapşırır
Svetofor dəyişir rəngin, polislər sərt baxışlı
Hakimlər vurur çəkic, əsgərlər olur şəhid
Şairlər yazır şeir, məndə isə leykemiya

Related songs

How Can A Plumb Be Perfected?Guided by Voices No IdeaChase Da Youngin Ya pegueDACMEL Бэкап The ''Вепри'' Small FryCurio Watts & BoyWithUke OTFIrko Get Cool Stray Kids EvergreenAndrew Ripp SHEESH13-Harmonic-mean Coming BackBella C

No comments:

Post a Comment

Without Me by KIDZ BOP Kids lyrics

Without Me ...